RU

İsrail ordusu Qəzzada HƏMAS-ın əsas dayaqlarından olan şəhəri ələ keçirdi

İsrail ordusunun bölmələri Qəzza zolağında HƏMAS hərəkatının əsas dayaqlarından biri hesab edilən əş-Şücayyə şəhəri üzərində nəzarəti bərqərar edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. 

 

Qeyd edilir ki, bölmələr məqsədyönlü əməliyyatlar keçirmək üçün ərazidə qalacaq.

 

Hərbçilər HƏMAS-ın əsas mövqelərinin zərərsizləşdirilməsini başa çatdırıb, mövqe əldə ediblər və Əl-Şücayyədə nəzarəti bərqərar ediblər. Məlumata görə, 188-ci briqadanın qruplaşması reyd zamanı HƏMAS-ın Şucayyə batalyonunun qərargahını ələ keçirib.

 

Hərbçilər əlavə ediblər ki, Şucayyədə əsgərlər “HƏMAS-ın yüksək səviyyəli fəallarının evlərində axtarışlar aparıb və kəşfiyyat materialları tapıblar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
704
4
senzor.az

10Источники