RU

Yaponiya tarixində bir ilk yaşanıb

Yaponiya tarixində bir ilk yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi ölkə tarixində ilk dəfə olaraq qadına ən yüksək admiral rütbəsi verib.

Belə ki, 57 yaşlı Natsue Kondo Yaponiyanın sahil müdafiə qüvvələrinin komandanı olacaq.

Xatırladaq ki, ölkənin quru və hava qüvvələrində də qadınlar heç vaxt generalın ən yüksək rütbəsi almayıblar. Yaponiya Müdafiə Nazirliyi hazırda silahlı qüvvələrdə komandanlıq vəzifələrində çalışan qadınların sayının artırılması proqramı həyata keçirir. 2025-ci ilə qədər onlar mayor və yuxarı rütbələrdə olan zabit və generalların ən azı 5%-ni təşkil etməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
428
1
sia.az

10Источники