RU

"Gözəlçə" ilə bağlı şok gerçək - Məşhur aktrisa açıqladı

Aktrisa Culiya Roberts “Gözəlçə” filminin sonunun qaranlıq variantından danışıb.

Teleqraf.com xəbər verir ki, “The Graham Norton Show”da aktrisa həmin filmdə canlandırdığı Vivian obrazı barədə bunları deyib:

“Filmin daha qaranlıq olması lazım idi, onun adı “Üç min dollar” idi, bu Edvardın Vivianla gecələmək üçün ödədiyi qiymətdir. Ssenariyə görə Vivian narkotik aludəçisi idi və finalda Edvard onu yolun kənarında qoyub, üzərinə pul atır və oradan uzaqlaşır” deyə Roberts bildirib.

Aktrisanın sözlərinə görə, o, belə bir filmdə rol aldığı üçün çox qürurlu idi.

“Sonra prodüser şirkəti tərəfindən film ləğv edildi və mən məyus oldum. Sonra Disney ssenarini götürdü və onu daha başqa versiyada- əyləncəli formada çəkdi"- Culiya vurğulayıb.


Müəllif: Pərvin
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
247
teleqraf.com

1Источники