RU

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev noyabrın 29-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.



NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının aşağıdakı əməkdaşları təltif edilsinlər:
“Tərəqqi” medalı ilə
Məmmədova Kamina Qavil qızı
“Hərbi xidmətlərə görə” medalı ilə
Allahverdiyev Extibar Yadulla oğlu – polkovnik
Əliyev Elçin Alastun oğlu – polkovnik
Əmirov Ziyafət Məsim oğlu – polkovnik
İsmayılov Azər Valeh oğlu – polkovnik
Nəsirov Elşad Haqverdi oğlu – polkovnik
Fətullayeva Mehparə Dayış qızı – polkovnik-leytenant
Məhərrəmov Namiq Əliəddin oğlu – polkovnik-leytenant.
2. Təhsil sahəsində xidmətlərinə görə Akif Padar oğlu Orucəliyevə “Əməkdar müəllim” fəxri adı verilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
468
49
nuhcixan.az

10Источники