RU

Misir Qəzzaya 200 yük maşını yardım göndərib

Misir Mətbuat İnformasiya Agentliyinin internet saytında edilən yazılı açıqlamaya görə, qurumun prezidenti Ziya Rəşvan Qəzzaya göndərilən yardım maşınları ilə ölkəsinə gətirilən yaralılarla bağlı qiymətləndirmələr edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Misirin Qəzzaya humanitar yardım göndərmək səylərinin davam etdiyini bildirən Rəşvan, humanitar fasilənin ilk günündə 200 TIR humanitar yardımın çatdırıldığını, həmçinin Yaşasın Misir Fondundan 2 təcili yardım maşınının, İordaniyadan 15 TIR-ın bağışlandığını bildirib. Sahə Xəstəxanası və BƏƏ-nin Sahə Xəstəxanasına aid 11 TIR Qəzzaya girdiyi bildirilib. Rəşvan Qəzzadan 17 yaralının Misirə gətirildiyini, onlardan 12-nin isə yoldaşları ilə birlikdə müalicə üçün Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə göndərildiyini bildirib.

Misir rəsmisi həmçinin qeyd edib ki, İsrailin oktyabrın 7-də başlayan hücumları nəticəsində Misirdə qapalı qalan 134 fələstinli könüllü olaraq Qəzza zolağına qayıdıb. İsrail və HƏMAS arasında toqquşmalarda 4 günlük humanitar fasilə dünən qüvvəyə minib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
776
29
sia.az

10Источники