ABŞ-da bu qanun çoxdan var. Öncədən səsvermə qanunla tənzimlənir. 1,5-2 ay öncədən səsvermə başlayır.
Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli ABŞ-da prezident seçkilərinin erkən başlaması qaydaları haqda danışarkən deyib.
Onun sözlərinə görə, ABŞ-da prezident seçkilərinin noyabrın 5-ə təyin olunmasına baxmayaraq, qanun erkən səsverməyə imkan verir:
“ABŞ-da istənilən şəxs müraciət edib, öncədən səsini verə bilər. Hətta poçtla da səs verməyə imkan yaradırlar. Bizim təbirimizcə desək, seçki komissiyaları iki ay qalmış səsverməyə start verirlər. Hətta müxtəlif səbəblərə görə seçki günü ölkədə olmayanlar, öncədən gəlib səs verirlər”.
O bildirib ki, səslərin sayılması isə yalnız seçki günü səsvermə başa çatandan sonra başlayır.
Qeyd edək ki, ABŞ-da Prezident Bayden də daxil olmaqla, artıq 43 milyondan çox insan erkən səsvermə hüququndan yararlanıb.