RU

Çindən Orta Dəhlizlə 300-dən çox qatarın göndərilməsi gözlənilir - AÇIQLAMA

Yeddi il öncə bu gün istifadəyə verilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ötən illər ərzində regional və qlobal yükdaşımalarda Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə gücləndirib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Redaktor.az-a verilən məlumata görə, Orta Dəhlizin əsas nəqliyyat arteriyalarından olan BTQ xətti bu il tamamlanmış modernizasiyadan sonra 5 milyon ton yükburaxma gücü ilə yükdaşımaların həcm və sürətini daha da artırıb.

Məlumata görə, ADY və Çin şirkətləri arasında Çin mənşəli yüklərin konteyner blok qatarlarla BTQ üzərindən daşınması barədə razılaşma əldə edilib.

“Bu il Çindən Orta Dəhlizlə 210-dan çox blok qatarı qəbul edilib. İlin sonunadək 300-dən çox qatarın göndərilməsi gözlənilir”, - məlumatda qeyd olunur.

Избранный
9
7
redaktor.az

8Источники