RU

COP29-un prezidenti Milli Vəhşi Təbiət Mərkəzinin baş direktoru su təhlükəsizliyini müzakirə edib

COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Səudiyyə Ərəbistanının Milli Vəhşi Təbiət Mərkəzinin baş direktoru Məhəmməd Əli Qurbanla su təhlükəsizliyini müzakirə edib.

“Far.Az” xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.

“COP29-un müəyyən edilmiş prezidenti Milli Vəhşi Təbiət Mərkəzinin baş direktoru Məhəmməd Əli Qurban ilə müzakirədə COP29 ərəfəsində su təhlükəsizliyi, davamlı kənd təsərrüfatı və iqlim davamlılığı mövzuları ətrafında fikir mübadiləsi apararaq resursların idarə edilməsi üçün real fəaliyyətin təmin edilməsinin vacibliyini vurğulayıb”, – paylaşımda diqqətə çatdırılıb.

Xatırladaq ki, daha əvvəl Muxtar Babayev boliviyalı həmkarı Alan Lisperger Rosales ilə iqlim sahəsində əməkdaşlığı müzakirə etmişdi.

Избранный
8
7
far.az

10Источники