RU

Alıcılara ÇAĞIRIŞ EDİLDİ: bu göbələklər hər an ÖLDÜRƏ BİLƏR

Ötən gün Xaçmazda 39 və 47 yaşlı iki xanım göbələk zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, onlardan biri Kliniki Tibbi Mərkəzə gətirilərkən yolda dünyasını dəyişib.

Digəri isə kəskin ağır və şok vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Nəticədə, göbələk hər iki şəxsin ölümünə səbəb olub.

İki şəxsin həyatına son qoyan göbələyin zəhərli olub-olmadığını necə müəyyən etmək olar? İstər market, istərsə də bazarlarda alıcılara təklif edilən göbələklər təhlükə mənbəyi hesab olunurmu?

Satıcılar deyirlər ki, göbələyin üstü qaralıbsa, zəhərlənmə baş verə bilər.

"Göbələk qutularının hər birinin üzərində yığılma tarixi olur. Açıq şəkildə satılanların isə üzərinin təmizliyindən zəhərli olub-olmadığını ayırd etmək olar. Arxasına baxırsan, qaralmayıbsa, deməli, yaxşıdır", - deyə satıcılardan biri bildirib.

Избранный
13
7
publika.az

8Источники