RU

Azərbaycanla ticarət dövriyyəsi 15 milyarda çatdırılır - Səfir

Azərbaycanla ticarət dövriyyəsini 8 milyarddan 15 milyard dollara çatdırmaqda qərarlıyıq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə keçirilən qəbulda deyib. O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan bir qardaşlıq var: "Qlobal sistemin Cənubi Qafqazda da təmin edə bilmədiyi ədaləti Azərbaycan öz gücü hesabına təmin edib. Hər kəs bilməlidir ki, bölgədə təsis ediləcək sülhdən sadəcə region yox, bütün dünya fayda götürəcək. Türkiyə bu yolda daima Azərbaycanın yanında olacaq və heç bir güc bu dostluğu parçalamaq imkanına sahib olmayacaq. Türkiyə Qarabağa qayıdışın təmin edilməsi yolunda tam dəstək göstərir və öhdəliyinə götürdüyü tikinti işləri ilə bu prosesə töhfə verir". Səfir COP29-da da Azərbaycana dəstək göstərəcəklərini bildirib:

"COP29-un Azərbaycanı daha da gücləndirəcək bir konfrans olacağını düşünürük və çox yüksək səviyyədə iştirak edəcəyimizi bildirmək istəyirəm".

Избранный
2
5
buta.tv

6Источники