RU

Muxtar Babayev boliviyalı həmkarı ilə iqlim sahəsində əməkdaşlığı müzakirə edib - FOTO

COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev boliviyalı həmkarı Alan Lisperger Rosales ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə COP29-un "X" sosial hesabında məlumat paylaşılıb.
 

“Kolumbiyada keçirilən COP16 çərçivəsində Muxtar Babayev və Alan Lisperger Rosales arasında baş tutan görüşdə tərəflər davamlı inkişafı dəstəkləmək üçün çoxtərəfli əməkdaşlıq və maliyyə həlləri vasitəsilə iqlim məqsədlərinin təşviqi məsələlərini müzakirə ediblər”, – deyə məlumatda qeyd edilib.


Qeyd edək ki, bu ilin noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi gözlənilir.




Bizim.Media

Избранный
7
13
bizim.media

10Источники