RU

“Dedilər bir dəfə ilə heç nə olmaz, kişi deyilsən?” – Azərbaycanın keçmiş müğənnisinin üzücü halı

“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı Azərbaycanın “İbo”su kimi tanınan keçmiş müğənni Elmir Qəhrəmanov olub.

Bir zamanlar narkotik istifadəçisi olan Elmir Qəhrəmanov verilişdə bu zərərli vərdişə necə qurşanmasından və onun həyatına təsirindən danışıb.

O, narkotikə başlamaqla sanki quyunun dibinə düşdüyünü deyib:

“Əvvəllər 3000-5000 pul qazanırdım, nə istəyirdim alırdım, hətta qohumlara, ehtiyacı olan insanlara əlimdən gələn yardımı edirdim. Dostlarımla harasa dincəlmək, çay içmək üçün gedəndə ətrafda xəstə düşüncəli insanlarla rastlaşdım. Günlərin bir günü dedilər ki, “Bir dəfə yoxla, kişi deyilsən?”. Mən də cavan idim, elə bildim ki, kişilik bununla ölçülür. “Bir dəfə ilə nə olacaq?” deyə düşündüm. Amma fikirləşmədim ki, səhv addım atıram, dağın zirvəsindən aşağı doğru gedirəm”.

Oğlundan ayrı yaşayan keçmiş müğənni onun üçün darıxdığını söyləyib:

“Doqquz ildir ki, oğlumun həsrətini çəkirəm. Məhkəmənin qərarı ilə təhlükəli adam hesab olunduğum üçün oğluma yaxınlaşa bilmirəm. Məhkəmə belə bir rəy verib, qanuna tabeyik. Dəfələrlə gedib həsrətlə oğlumun oxuduğu məktəbə uzaqdan baxmışam. Sinif yoldaşları onun atası olduğumu biləndə “Belə görünüşdə ata olar?” deməsinlər deyə oğluma yaxınlaşmamışam. Mən ona qovuşmaq istəyirəm, amma qorxuram ki, oğlum bunu istəməsin. Çünki onun bütün uşaqlıq xəyallarını darmadağın edib, çıxıb getmişəm. Hər an ağlayan insan deyiləm, amma oğlum yadıma düşəndə hər gecə ağlayıram”.

Ətraflı Baku TV-nin süjetində:

sddefault

Избранный
22
millitv.net

1Источники