RU

Sabiq nazirdən şagirdlərin bir-birlərini bıçaqlamalarına - Reaksiya

"Zənnimcə, bu işdə daha çox dediyimiz o üçlük: ailə, məktəb, psixoloji xidmət öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdır".

Mia.az-ın məlumatına görə, bu barədə sabiq təhsil naziri, professor Misir Mərdanov Moderator.az-a açıqlamasında deyib.

"Mənə elə gəlir ki, son vaxtlar məktəblərimizdə şagirdlərimiz arasında belə xoşagəlməz hadisələrin artmasında valideynlərin və məktəb kollektivinin məsuliyyət məsələsi də xeyli rol oynayır. Bəli, psixoloji xidmətin də rolu var hökmən. Təəssüf ki, ölkəmizdə uzun müddət, hətta mən işlədiyim dövrdə də psixoloji xidməti bütün məktəblərdə tam təmin edə bilməmişdik. Beləliklə, son illər məktəblərdə şagirdlər arasında bir-birinə ağır bədən xəsarəti yetirmə hallarının artmasında bu 3 amilin rolu var. Bunların arasında, çox güman ki, sizin dediyiniz psixoloji xidmət daha mühüm rol oynaya bilər və oynayır".

"Hesab edirəm ki, ümumiyyətlə, belə hadisələrin qarşısını almaq üçün cəmiyyətdə təlim-tərbiyə məsələlərinə diqqət çox artırılmalıdır, hökmən artırılmalıdır. Hazırkı səviyyə şəxsən məni qane etmir. Bilirsiniz, bu işləri biri-birinin üzərinə yıxmaqdansa, hər kəs öz üzərinə düşən vəzifəni layiqincə, vicdanla yerinə yetirməlidir. Zənnimcə, bu işdə daha çox dediyimiz o üçlük: ailə, məktəb, psixoloji xidmət öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdır", - deyə sabiq nazir vurğulayıb.

MİA.AZ

Избранный
21
mia.az

1Источники