RU

COP29 qonaqlarından COVID testi götürüləcək?

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gələn qonaqlardan koronavirus testi götürülməyəcək.

Ölkə.az xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Nadir Zeynalov danışıb.

COVID-19 pandemiyasında əldə edilən təcrübələrdən söz açan nazir müavini qeyd edib ki, Azərbaycanda Beynəlxalq Tibbi-Sanitariya Qaydaları tətbiq olunur:

"2005-ci ildə qəbul edilən bu qaydalar COVID-19 pandemiyası zamanı sınaqdan keçirildi. Azərbaycan da bu qaydalar çərçivəsində tədbirlər gördü. Artıq gələcəkdə belə hallar yaşanarsa, atılacaq addımların müəyyənləşdirilməsi və təhlükəsizliyin təmini daha asan olacaq".

Избранный
3
36
olke.az

10Источники