RU

Azərbaycan çempionatının zərbələri və qolları - STATİSTİKA

Misli Premyer Liqasında ötən 11 turda ən çox qol vuran “Sabah”ın bombardiri Cessi Sekidika (6 qol) olsa da, çempionatda 5 futbolçu zərbələrinin 100 faizini qola çevirib.

İdman.biz Azərbaycan çempionatında vurulan zərbə və qolların statistikasını nəzərdən keçirib.

Maksimal faizli göstərilən futbolçular qapıya cəmi bir zərbə endiriblər ki, o da qol olub. Bunlar İssa Cibrila (“Zirə”), Kevin Medina (“Qarabağ”), Arsen Ağcabəyov (“Şamaxı”), Sadiq Şəfiyev (“Turan Tovuz”) və Ağadadaş Salyanskidir (“Neftçi”).

3 və daha artıq qol vuran futbolçular arasında ən yüksək faiz dərəcəsi Rafael Utziq (“Zirə” – 10 zərbə; 4 qol; 40%), Felipe Santos (“Araz-Naxçıvan” – 14; 5; 35,71) və Qorka Laruççadadır (“Səbail” – 9; 3; 33,3).

23 zərbəsindən cəmi 1-i qol olan Leroy Mikels (“Şamaxı”) ən aşağı faiz göstəricisinə malikdir – 4,35. Rəhman Hacıyev (“Neftçi”) isə qol vurmayan futbolçular arasında qapıya ən çox zərbə (17) endirmiş futbolçudur.

Rəqib qapısına ən çox zərbə endirən (43), ən çox qapı çərçivəsinə topu göndərən (16) və zərbəsi hamıdan çox qapıdan yan keçən (27) Coy Lens Mikelsdir (“Sabah”). Ümumi zərbə sayında onun ən yaxın izləyiciləri Cessi Sekidika (“Sabah”), Ramon (“Araz-Naxçıvan”) və Ramil Şeydayevdir (“Neftçi”). Onların hər biri rəqib qapısına 24 zərbə endirib. Qapı çərçivəsinə gedən zərbələrdə 2-4-cü yerləri Cessi Sekidika (“Sabah”), Davit Volkov (“Zirə”) və Pavel Şafranko (“Sabah”) bölüşürlər. Qapıdan yan gedən zərbələrin çoxluğuna görə isə Coy Lensdən sonra gələn Leroy Mikelsdir (“Şamaxı”) – 17.

Vüqar Məmmədov
İdman.biz

Избранный
15
2
idman.biz

3Источники