Türkiyəli idmançı Selene Durna faciəvi şəkildə vəfat edib.
Publika.az xəbər verir ki, 32 yaşlı qadın binanın 6-cı mərtəbəsində yerləşən evinin eyvanından yıxılıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisə ilə bağl cinayət işi açılıb və araşdırma aparılır. Onun intihar etdiyi barədə ehtimallar da var.
Qeyd edək ki, Selene Durna nizəatma üzrə yarışlarda iştirak edib. "Beşiktaş" klubunun üzvü kimi Türkiyə çempionu olub və 2019-cu ildə Balkan çempionatının gümüş medalını qazanıb.