Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 10 ümumi təhsil müəssisəsi-məktəb, 4 məktəbəqədər təhsil müəssisəsi-bağça fəaliyyət göstərir.
Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bağçalarda 96 uşaq, məktəblərdə 1803 nəfər şagird(məktəbəhazırlıqla birgə) olmaqla, ümumilikdə 1899 nəfər təlim-tədrisə cəlb olunub", - deyə o qeyd edib.