RU

Türkiyəli idmançı evinin eyvanından yıxılaraq faciəvi şəkildə ölüb

Türkiyəli atlet Selene Durna evinin eyvanından yıxılaraq faciəvi şəkildə vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı idmançı 6-cı mərtəbədən yerə çırpılıb.

Hüquq-mühafizə orqanları S.Durnanın intihar etdiyini düşünür. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən il "Beşiktaş" klubunda çıxış edən idmançı nizəatma üzrə Türkiyə çempionu olub. O, 2019-cu ildə Balkan çempionatının gümüş medalını qazanıb.

Избранный
2
6
operativmm.az

7Источники