RU

DİQQƏT! İsti çay içənlərə XƏBƏRDARLIQ - Xərçəng RİSKİ VAR

İsti çay içməyin xərçəng xəstəliyinə səbəb olduğu deyilir. Britaniyada dərc edilən tibbi məqaləyə görə, 70 dərəcə və bundan yüksək temperaturda isti çay içmək qida borusu xərçəngi riskini səkkiz dəfə artırır. Hər il dünyada yarım milyona yaxın insanın qida borusu xərçəngindən dünyasını dəyişdiyi deyilir. Statistikaya görə, birinci yerdə İranın Gülüstan əyalətidir. Amerikalı alimlər əvvəllər xərçəng xəstəliyinin səbəbini spirtli içki və siqaretdə görürdülərsə, İranın siyahıda birinci sırada yer almasından sonra araşdırma aparılıb və məlum olub ki, bu regionda yaşayan insanların isti çay içməsi adi haldır. Belə ki, İranda gün ərzində ən azı 1 litr isti çay istehlak edilir. Təəssüf ki, “yay-qış” demədən isti çay içənlərin sayı Azərbaycanda da az deyil. Həkimlərin rəyinə görə, isti çay içmək, yaxud isti yemək qəbul etmək qida borusu səthində iltihablanmaya səbəb olur və bu, xərçəngə yol açır. 

 
Tanınmış qastroenteroloq-hepatoloq endoskopist Nazlı Qasımova Pravda.az-a açıqlamasında deyib ki, qaynar içəcəklərin hamısı insan orqanizminə ziyandır.
 
“Təbii ki, siyahının ən başında çay gəlir. Millətimizin çay kimi böyük bir mədəniyyəti var. Elə insanlar var, soruşuram, gün ərzində su əvəzinə 10-15 stəkan çay içirlər. Halbuki gün ərzində çay istehlakı 3-4 fincandan artıq olmamalıdır. Bilirik ki, qida borusu ilə mədə arasında qapaq var. Hər dəfə qida bu borudan mədəyə keçdikdən sonra həmin qapaq bağlanır. Bu qapaq normal bağlanmalıdır, açıq qalmamalıdır. Hər hansı etioloji faktordan - çay da etioloji faktor ola bilər, qida borusu ilə mədə arasındakı bu qapaq boşalır. Çünki burada bir əzələ var. Nəticədə mədə turşuluğu qida borusuna geri qayıdır. Yeyib uzandıqda, yaxud həddindən artıq çox yeyib, üstündən qazlı su içdikdə, yeməkdən 2-3 saat keçməmiş idmanla məşğul olduqda da mədə turşuluğu qida borusuna qayıdır. Bu isə qida borusunun aşağı hissəsində eroziya – iltihablanma yaradır. Eroziyanın müxtəlif dərəcələri var. Hətta bəzən xora da yarada bilər. Vaxtında sağalmasa, üstünə düşülməsə, gələcəkdə qida borusunda xərçəngə kimi gətirib çıxara bilər. Lakin ən önəmli ağırlaşmanı bildirmək istəyirəm. Uzunmüddətli reflüks nəticəsində müalicəsiz, kontrolsuz, pəhriz saxlamadan, qidalanma rejiminə əməl etmədən  yaşayan insanlarda, daimi spirtli içki, çox çay içənlərdə, artıq çəkili insanlarda qida borusu ilə mədə arasındakı qapaq yaxşı bağlanmır, yırtıq yaranır. 3-4, hətta 5 santimetrlik hiatal hernilər (mədə yırtığı) görürük. Belə adamlarda qida borusunda barret ezofaqus yarana bilər. Barret ezofaqus mədəyə məxsus hüceyrələrin qida borusunda inkişaf etməsi, qida borusuna köçməsidir. O qədər reflüks olur ki, mədə hüceyrələri qida borusuna gəlir. Burada artıq intestinal metaplaziya və irəlidə neoplastik törəmə yarana bilər. Yəni barret ezofaqusdan qida borusu xərçəngi yarana bilər. Düzdür, “barret ezofaqus” deyəndə insanlar çox qorxurlar. Barret ezofaqus kontrol altındadırsa, xərçənglə nəticələnmir. Yəni reflüks olanlardan çox az faizi barret ezofaqus olur və  bu xəstələrin 1-3%-i qida borusu xərçənginə yoluxa bilər. Aşkarlayanda, vaxtında müdaxilə, müalicə edəndə, xəstənin qidalanma rejimi, pəhrizi qaydasında olanda barret ezofaqusun qarşısını almış oluruq və heç bir ağırlaşma ilə nəticələmir. İsti çay da bunların başında gəlir. Barret ezofaqus olan xəstələrə isti çay içməyi və ya çox çay içməyi qadağan edirik” - N.Qasımova bildirib.
Избранный
4
2
yenilik.az

3Источники