RU

İkinci dəfə ilin ən yaxşı qapıçısı seçildi


İngiltərənin “Aston Villa” klubunun argentinalı qapıçısı Emiliano Martines “France Football” jurnalının versiyasına görə, ardıcıl ikinci dəfə Lev Yaşin adına ilin ən yaxşı qapıçısı mükafatını qazanıb.
Yeniavaz.com
xəbər verir ki, səsvermədə ikinci yeri Avropa çempionu olan “Atletik”in ispaniyalı qapıçısı Unai Simon tutub. Üçüncü yerdə isə “Real Madrid”in ukraynalı qapıçısı Andrey Lunin qərarlaşıb. Gürcüstan millisinin və İspaniyanın “Valensiya” komandasının qapıçısı Giorgi Mamardaşvili yeddinci yeri tutub.
Qeyd edək ki, “France Football” bu mükafatı 2019-cu ilin sentyabrında təsis edib. Mükafat 1963-cü ildə “Qızıl top”u qazanan yeganə qapıçı olan Yaşinin adını daşıyır. Mükafatın qalibləri braziliyalı Alisson, italiyalı Canluici Donnarumma və belçikalı Tibo Kurtua olub. Mükafat 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar təqdim olunmayıb.
Избранный
9
1
yeniavaz.com

2Источники