RU

Azərbaycanın dövlət qurumları Türkiyənin Cümhuriyyət bayramını təbrik edirlər

Azərbaycanın Dövlət Sərhəd Xidməti Türkiyənin 29 Oktyabr - Cümhuriyyət bayramını təbrik edib.

Demokrat.az bildirir ki, bununla bağlı qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

"Cümhuriyyətin 101-ci ildönümündə Türkiyə xalqına davamlı sülh, rifah və əmin-amanlıq diləyir, qardaşlığımızın gələcək nəsillərə nümunə olmasını arzu edirik!" - deyə təbrikdə bildirilir.

***09:58

Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 29 oktyabr- Türkiyənin Cümhuriyyət Günü ilə bağlı "X" hesabındakı paylaşımında yazılıb.

"29 oktyabr - müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik. Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik",- paylaşımda bildirilib.

Həmçinin, xarici işlər naziri Ceyhun Bayramov da Türkiyəni təbrik edib: "Bu əziz gündə, qardaş ölkəmizin qurucularının, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Türkiyə Respublikasının daha da güclənməsini və inkişaf etməsini arzulayırıq".

***09:28

Azərbaycanın Müdafiə Nazirliyi Türkiyənin 29 Oktyabr - Cümhuriyyət bayramını təbrik edib.

Demokrat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Избранный
6
2
demokrat.az

10Источники