RU

“Anam da xalam da bizə gələn elçiləri bəyənmir”

“Bacım Sevildə elçilər boldur. Hər zaman onun elçiləri çox olub. Amma anam o elçiləri bəyənmir. Anam çox seçicidir. Düşünür ki, bu cür qızımı bir oğlana ərə verəcəyəmsə yaxşı və xeyirli bir insana verim”.

OLAY yazır ki, bu sözləri müğənnilər Sevil – Sevinc Səfərova bacıları qonaq olduqları “Qonaqcanlı” verilişində deyiblər.

Əkizlər bildiriblər ki, anaları ilə bərabər xalaları Rəsmiyə xanım da elçilər mövzusunda diqqətlidir:

“Anamdan əvvəl xalam Rəsmiyyə xanım elçilərə yox deyir. O bizi o qədər çox istəyir ki… O bizdə olur. Elçi düşən kimi heç anamdan soruşmur zəng edir ona deyir ki, filankəsin filankəsi gəlmişdi birbaşa mən yox dedim. Mən qızlarımı onlara niyə verim?”

Избранный
20
4
olay.az

4Источники