RU

"Bankdan pul götürüb təqdimat etmişəm" - Əməkdar artist

"Kasıb adam idim. Bankdan pul götürüb təqdimatlar edirdim".

Gundem.az xəbər verir ki, bunu Əməkdar artist Elnarə Abdullayeva ATV-də "Rəngarəng" verilişində deyib.

Sənət yolunda yaşadığı çətinlikləri dilə gətirən xanəndə bəzi etiraflar edib:

"Nəsə etmək istəyirdim amma kasıb adam idim, pul lazım olurdu. Gedib bankdan pul götürüb layihələrimə təqdimatlar edirdim. Ayın axırı gələndə də getdiyim toylardan o pulu toplayıb banka ödəyirdim. Sonra bank gördü ki, mən yaxşı müştəriyəm,  pulu mənə 40 günlük verirdi. Amma ayın sonu ödəmək şərtilə. Belə-belə işləyib ödəyirdim. Çəkdiyim bu əziyyətdən zövq almışam. ".

Избранный
19
gundem.az

1Источники