RU

Ruslan Sabirli ölüm xəbərinin yayılma səbəbini açıqladı

Bir neçə gün əvvəl öz sosial şəbəkə hesablarında ölüm xəbəri paylaşılan aktyor Ruslan Sabirli instaqramda canlı yayım açaraq məsələyə aydınlıq gətirib.

Azreform.info Axşam.az-a istinadən xəbər verir ki, sənətçi telefonunun oğurlandığını və onunla bağlı belə bir paylaşım edildiyini deyib:

"Telefonumu ya oğurlayıblar, ya da itimişəm və kimsə tapıb. Həmin gün bir neçə tədbirdə olmuşam. Amma necə olub ki, telefon götürülüb, bilmirəm. Yaxınlarım bilir ki, telefona parol da qoymuram. Bircə, bank kartlarımın parolunu dəyişdim. Dostlarımın telefonu ilə mesaj yazırdıq. Telefonumda intim yazışmalar, fotolar axtarıblar tapmayıblar. Mənə belə bir zərbə vurdular. Anam üçün qorxurdum. Saytlar yazmışdı, anam da stress keçirdib. Bütün günümüz ağlamaqla keçdi.

Dostlarım yardım etdi və bir gün sonra telefonumu tapa bildik. Telefonu mənə geri qaytardılar".

Избранный
3
5
azreform.info

6Источники