RU

"Volkswagen"dən işçiləri ilə bağlı qərar: Sərt tədbirlər görüləcək?

"Volkswagen" pula qənaət etmək məqsədilə işçilərinin maaşlarını azaldacaq.

Bu barədə hakimiyyet.az Almaniyanın "Handelsblatt" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, maliyyə böhranı yaşayan avtomobil nəhəngi tezliklə əsas brendi ilə bağlı xərclərin azaldılmasına istiqamətlənən yeni tədbirlərlə bağlı qərar verə bilər.

Qəzetin mənbələri bildiriblər ki, gündəlikdə əməkhaqqının 10 faiz azaldılması, həmçinin iki il ərzində əməkhaqqının artırılmaması və digər məhdudiyyətlərin tətbiqi kimi məsələlər dayanır.

Yeni tədbirlər paketinin bir hissəsi olaraq, "Volkswagen" əsas brendin top menecerləri üçün bonusları da kəsə bilər. Bundan əlavə, yuxarı dairələrdə, tarixdə ilk dəfə olaraq, Almaniyada bəzi istehsal sahələrinin bağlanması ehtimalı hələ də müzakirə olunur.

Qeyd edək ki, oktyabrın əvvəlindən "Volkswagen" rəhbərliyi hər həftə həmkarlar ittifaqları ilə görüşlər keçirir, xərclərin azaldılması və istehsalın optimallaşdırılması ilə bağlı müzakirələr aparır. Fəhlələr isə əmin edirlər ki, konsernin hələ də dəqiq strategiyası yoxdur.

Xatırladaq ki, ilk dəfə öz vətənlərində minlərlə ixtisarla nəticələnəcək "Volkswagen" zavodlarının mümkün bağlanması barədə sentyabr ayında məlum olub. Bu, "Volkswagen"i onun üçün prioritet olan elektrokar bazarında sıxışdıran Asiya rəqiblərinin artan təzyiqi ilə izah edilib. Almanlar üçün xüsusilə ağrılı məqam onilliklər ərzində sabit gəlir gətirən Çindəki bazar payının itirilməsi olub.

Həmçinin sentyabr ayında "Volkswagen"in pula qənaət etmək üçün Çində işçilərini ixtisar etdiyi və orada işləyən almanların bir qisminin Almaniyaya qayıdacağı da bildirilmişdi.

Bir il əvvəl isə "Volkswagen" brendinin rəhbəri Tomas Şefer qarşıda çətin günlərin gözlədiyi barədə xəbərdarlıq etmiş və sərt qənaət tədbirlərinə hazırlaşmağa çağırmışdı. 2023-cü ilin noyabrında isə o, brendi rəqabətədavamsız elan etmişdi.

Избранный
14
2
hakimiyyet.az

10Источники