RU

Pxenyanın ordu göndərməsi müharibə arealını genişləndirəcək - Rutte

Şimali Koreya hərbçiləri Rusiya tərəfdən Ukraynaya qarşı vuruşur.

Turkustan.az-ın məlumatına görə, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.

O bildirib ki, əldə olunan faktlara əsasən, Şimali Koreya qoşunlarının bir hissəsi Rusiyanın Kursk vilayətində cəmləşdirilir:

“Rəsmi Pxenyanın ordunun şəxsi heyətindən formalaşdırılan bölüyü Rusiyaya göndərməsi və onların Kursk istiqamətində cəmləşdirilməsi barədə məlumatları təsdiqləyirik. Şimali Koreyanın Rusiyaya ordu göndərməsi regionda eskalasiyaya səbəb olacaq və müharibə arealını genişləndirəcək”./APA/

Избранный
3
4
turkustan.az

10Источники