RU

Ərdoğanın BMT-ki çıxışı kitab şəklində çap olunub - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın insanlıq adına bütün dünyaya mühüm çağırışlar etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasındakı çıxışı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən kitab şəklində çap olunub.

"Cebheinfo.az" Ölkə.Az-a istinadən xəbər verir ki, türk, ingilis və ərəb dillərində hazırlanan bu kitab Prezident Rəcəb Tayyib Ərdoğanın vicdanları sızladan məsələlərlə bağlı dünyaya və beynəlxalq ictimaiyyətə müraciətini və həll təkliflərini gələcək nəsillərə bələdçi kimi təqdim etməyi hədəfləyir.

Prezident Rəcəb Tayyib Ərdoğan “Daha ədalətli bir dünya mümkündür” şüarı ilə həqiqətləri dilə gətirdiyi çıxışı zamanı Qəzzada törədilən qətliamla yanaşı bir çox ölkənin ifadə etməkdən çəkindiyi bir çoxunun isə sadəcə səssiz qaldığı problemlər xatırladılıb. 

Kitab qlobal sülhə töhfə verməyi hədəfləyən Prezident Rəcəb Tayyib Ərdoğanın bu mesajlarını gələcəyə daşımaq üçün atılan mühüm addım olaraq önə çıxarır.

"Cebheinfo.az"

Избранный
5
24
cebheinfo.az

2Источники