RU

Macarıstan Universitetinin nümayəndələri BDU-da olub

Bakı Dövlət Universitetində (BDU) Macarıstanın Mathias Korvinus Kollegium Universitetinin Beynəlxalq Münasibətlər Məktəbinin tədqiqatçısı Klementina Kozma, Beynəlxalq İqtisadiyyat Mərkəzinin koordinatoru Monika Kuznetsova və macar tələbələrlə görüş keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov ali təhsil müəssisəsinin fəaliyyətində beynəlxalq əlaqələrin, xüsusilə tələbə mübadiləsinin önəmli yer tutduğunu bildirib. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı Azərbaycan və Macarıstanın Türk dünyasında ortaq maraq və düşüncələrə sahib olduğunu vurğulayıb, bu baxımdan təhsil və elmi əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb.

Qonaqlar həyata keçirdikləri elmi tədqiqat işləri haqqında məlumat verərək, BDU əməkdaşları ilə birgə araşdırmalar aparılması imkanlarını müzakirə ediblər. Görüşdə, həmçinin tələbələrin sahibkarlıq və innovasiya sahəsində daha fəal iştirakı, yeni əməkdaşlıq layihələrinin qurulması barədə fikir mübadiləsi aparılıb.

Избранный
17
1
tehsil.biz

2Источники