RU

ADPU-nun alimləri II Beynəlxalq Elmi-Ekspert Forumunda iştirak ediblər

25-26 oktyabr tarixlərində Belarus Respublikasının Moqilev şəhərində A.A.Qromıko adına II Beynəlxalq Elmi-Ekspert Forumu keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, forum Rusiya Dövlət Humanitar Universiteti (RDHU), Rusiya Elmlər Akademiyası, A.A.Qromıko adına Xarici Siyasət Tədqiqatları Cəmiyyəti və Belarus-Rusiya Universitetinin təşkilatçılığı ilə baş tutub. 5 bölmədən ibarət formda 8 ölkədən olan aparıcı mütəxəssis, tədqiqatçı və alimlər iştirak ediblər. 

Ölkəmizi forumda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova və kafedranın müəllimi Sahibə Musayeva təmsil ediblər. 

Forumda dos. Naibə Əhmədova "Belarusiya və Rusiyanın, həmçinim digər MDB ölkələrinin elmi əlaqələri: bugün və sabah" bölməsində "Azərbaycan-Belarusiya əlaqələri: tarix və müasir vəziyyət" mövzusunda, Sahibə Musayeva isə "Belarusiya və Rusiya xalqlarının birgə tarixi və ümumi tarixi yaddaş: Belarusiya və ümumilikdə SSRİ-nin faşist işğalçılarından azad olmasının 80 illiyinə dair" bölmədə "II Dünya müharibəsində Belarusiyanın faşist işğalçılarından azad edilməsində iştirak edən azərbaycanlılar: Belarusiyanın faşist işğalından azad olunmasının 80 illiyi" mövzusunda məruzə ilə çıxış ediblər.

Məruzələrdə Belarusiya və Azərbaycan respublikaları arasında tarixi əlaqələr, xüsusilə, hər iki respublika müstəqillik əldə etdikdən sonra bu əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi, geniş sahəni əhatə edən əməkdaşlıq əlaqələri, o cümlədən, Belarusiyanın Minsk, Qrodno, Moqilev və Molodecno şəhərlərinin, Brest qalasının müdafiəsində iştirak edən azərbaycanlıların (Məlik Məhərrəmov, Adil Quliyev, Həzi Aslanov, Aslan Vəzirov və s.) göstərdikləri şücaətlərindən bəhs edilib.

Qeyd edək ki, 2 gün davam edən beynəlxalq forumun keçirilməsində məqsəd  Avrasiya məkanında dövlətlərarası humanitar əməkdaşlığın inkişafı istiqamətindəki addımlara dəstək göstərməkdir.

Избранный
26
tehsil.biz

1Источники