RU

Milyonçu sərvətinin böyük hissəsini itinə, eşikağasına və aşpazına vəsiyyət etdi — FOTOLAR

Hindistanlı milyonçu Ratan Tata sevimli iti, eşikağası və aşpazına 100 milyon dollardan çox sərvət vəsiyyət edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Tata 86 yaşında Mumbayda dünyasını dəyişib. İki həftə sonra məlum olub ki, o, sərvətinin böyük hissəsini sevimli Alman çoban itinə, eləcə də eşikağası və baş köməkçisi Konar Subbiyaya, aşpaz Rajan Şova vəsiyyət edib. Tita mülkün yalnız bir hissəsini qardaş və bacıları üçün qoyub.

Milyonçu həyatı boyu heyvanlara olan sevgisi ilə tanınıb. O, heç vaxt evli olmayıb və varisləri yoxdur. Vəsiyyətnamədə həmçinin qeyd olunur ki, ev heyvanına ailə üzvləri tərəfindən məhdudsuz qayğı göstərilməlidir.

Tata 1937-ci ildə Bombeydə (indiki Mumbay) anadan olub. O, əvvəlcə memar olmağı planlaşdırıb, onu böyüdən nənəsi ondan evə qayıtmağı və ailə biznesinə qoşulmağı xahiş edənə qədər ABŞ-da işləyib. Beləliklə, Tatanın karyerası duz və polad şirkəti olan TISCO-da başlayıb. 1991-ci ildən sahibkar ailə imperiyasını idarə etməyə başlayıb - bu illər ərzində müəssisə 100-dən çox şirkəti birləşdirən qrupa çevrilib.









Jalə
Demokrat.az
Избранный
27
demokrat.az

1Источники