RU

“Qarabağ” Azərbaycan çempionatında 150-ci böyükhesablı qələbəsini qazanıb

“Qarabağ” klubu Azərbaycan çempionatında 150-ci böyükhesablı qələbəsini qazanıb.

Rekord.az xəbər verir ki, yubiley Misli Premyer Liqasının 11-ci turuna təsadüf edib.

Ağdam klubu öz meydanında “Şamaxı”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan Ağdam təmsilçisi ən çox böyükhesablı qələbə qazanan komandadır.

Qeyd edək ki, komanda ilk belə qələbəsini 1992-ci ildə qazanıb. “Qarabağ” mayın 6-da evdə Kürdəmir “Şirvan”ına 6:0 hesabı ilə qalib gəlib.
 

Избранный
2
18
rekord.az

10Источники