RU

Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətində dəyişiklik edilib.

Vətəninfo.az-ın məlumatına görə, Milli Ensiklopediyasının redaksiya heyətinə yeni üzvlər təyin edilib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov redaksiya heyətinin üzvləri təyin olunub.

AMEA-nın akademik-katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru Arif Həşimov və AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru Kərim Şükürov də redaksiya heyətində təmsil olunacaqlar.

Избранный
3
10
veteninfo.az

10Источники