RU

Harris Baydeni seçki kampaniyasından kənarda saxlayır

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris hazırkı Amerika lideri Cozef Baydenin seçki tədbirlərində iştirakına razı deyil.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı mötəbər mənbələrə istinadla məlumat yayıb.

Portalın yazdığına görə, Baydenin komandası Ağ Evin hazırkı sakininin cədvəlində xüsusi olaraq Harrisin seçki kampaniyası çərçivəsində təşkil olunacaq tədbirlər üçün bir neçə gün ayırıb, lakin vitse-prezidentin qərargahı bu təklifə məhəl qoymayıb və Baydenə vəd edib ki, təşəbbüsü daha sonra cavablayacaq. Eyni zamanda, “Axios” qeyd edib ki, Bayden və Harris arasında seçki gününə qədər heç bir birgə tədbir planlaşdırılmır.

Portal yazıb ki, vitse-prezidentin komandası Amerika liderini “yük” hesab edir, lakin bu barədə birbaşa danışmaq istəmir. “Axios”un həmsöhbətlərindən biri qeyd edib ki, Harrisin kampaniyası "Baydenin xidmətlərinə hörmət edir, lakin kampaniya zamanı Harrisi populyar olmayan prezidentlə əlaqələndirməkdən qorxur".

Başqa bir məlumatlı şəxs “Axios”a bildirib ki, Bayden irəliyə aparan yolu yox, geridə qalan son dörd ili xatırladır.

Öz növbəsində Baydenin nümayəndələri hesab edirlər ki, Harris əhalinin bəzi təbəqələri arasında Amerika liderinin populyarlığını lazımi səviyyədə qiymətləndirmir. Onlar inanırlar ki, prezident seçkiyə son günlərdə ona kömək edə bilər.

Musavat.com

Избранный
13
50
musavat.com

10Источники