RU

Adeldən pərəstişkarlarını üzən xəbər

Dünyaca məşhur müğənni Adel qismən kar olduğunu açıqlayıb. Adele qulaq infeksiyası nəticəsində eşitmə itkisi keçirdiyini və qismən eşitmə qüsuru olduğunu açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı müğənni Adel musiqi karyerasından vaz keçəcəyini açıqlayaraq pərəstişkarlarını üzüb.

Las-Veqasda "Weekends With Adele" verilişini davam etdirən 36 yaşlı müğənni nadir su bakteriyasına yoluxduqdan sonra "doğuşdan da pis" ağrılar keçirdiyini deyib.

Adele deyib: "Qulaq infeksiyası var və olduqca qorxulu vəziyyətdəyəm. Daha əvvəl belə bir şey yaşamamışam. Bu, mənim başıma gələn ən ağrılı şeydir".

"Doğuşdan da betər idi. Nadir bir su bakteriyasıdır. Müalicəsi çox çətindir" deyən ulduz, səhv dərman qəbul etdiyi üçün çətin günlər keçirdiyini bildirib. "Bir neçə dəfə qulağımı kəsmək istədim" deyən Adele ağrılarının bitdiyini bildirib. Bununla belə, müğənni “Sol qulağım qismən kar qaldı” deyib.

Digər tərəfdən, ulduz yaxın vaxtlarda albom çıxarmağı planlaşdırmadığını söyləyib: "Yeni mahnılar ərsəyə gətirmək fikrim yoxdur. Bu verilişlərdən sonra uzun müddət fasilə verməyi planlaşdırıram. Mən heç olmasa bir müddət başqa yaradıcılıqla məşğul olmaq istəyirəm".

Избранный
20
sia.az

1Источники