“Qarabağ” ölkə çempionatında 150-ci böyükhesablı qələbəsini qazanıb.
"Football-plus.az" xəbər verir ki, yubiley Misli premyer-liqasının 11-ci turuna təsadüf edib. Ağdam klubu öz meydanında “Şamaxı”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.
1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan Ağdam təmsilçisi ən çox böyükhesablı qələbə qazanan komandadı. Komanda ilk belə qələbəsini 1992-ci ildə qazanıb. “Qarabağ” mayın 6-da evdə Kürdəmir “Şirvan”ına 6:0 hesabı ilə qalib gəlib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта