1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Çinin Quançjou şəhərində dünyanın ilk uçan avtomobil zavodunun tikintisinə başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
"Xpeng AeroHT" şirkətinin istehsal etdiyi uçan avtomobil artıq ilk sınağını sentyabr ayında həyata keçirib.
Qeyd olunub ki, ilk satışlara artıq 2024-cü ilin sonunda başlanılacaq. Layihənin istehsal gücü ildə 10 min ədəd olacaq.