RU

Xarici KİV: Harris Baydenin kampaniya tədbirlərində olmasını istəmir

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti və Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Kamala Harris hazırkı prezident Co Biqenin seçki tədbirlərində iştirakını istəmir.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Axios portal yazır.

Onun sözlərinə görə, Bayden administrasiyası hazırkı dövlət başçısının cədvəlində Harris seçki kampaniyası çərçivəsində tədbirlərdə iştirak etmək üçün bir neçə gün ayırıb, lakin onun qərargahı bu təklifə məhəl qoymayıb.

Eyni zamanda, agentlik yazır ki, prezidentliyə namizədin komandası Baydenə “cavabını daha sonra verəcəyini” vəd edir. Bildirilir ki, Bayden və Harris arasında seçki gününə qədər heç bir birgə tədbir planlaşdırılmır.

Mənbə yazır ki, ABŞ vitse-prezidentinin komandası Co Baydeni “yük” hesab edir, lakin bu barədə birbaşa danışmaq istəmir. Agentliyin həmsöhbətlərindən biri deyib ki, Kamala Harrisin kampaniyası “indiki prezidentin xidmətlərinə hörmət edir, lakin seçki kampaniyası zamanı onu qeyri-populyar prezidentlə əlaqələndirməkdən qorxur”.

Öz növbəsində ABŞ prezidentinin nümayəndələri əmindirlər ki, Kəmalə Harris əhalinin bəzi təbəqələri arasında onun populyarlığını lazımi səviyyədə qiymətləndirmir. Onların fikrincə, o, noyabrın 5-də keçiriləcək seçkilərə son günlərdə kömək edə bilərdi.

Избранный
25
50
medianews.az

10Источники