RU

Məşhur müğənni qismən kar olduğunu açıqladı

"Easy On Me", "Hello", "Someone Like You" və "Rolling in the Deep" hitləri ilə tanınan britaniyalı müğənni Adel qismən kar olduğunu açıqlayıb.

2008-ci ildə ilk studiya albomu "19" ilə güclü səsi və mahnıları ilə həyatımıza daxil olan britaniyalı müğənni Adel musiqi karyerasından imtina edəcəyini açıqlayaraq pərəstişkarlarını təəccübləndirib.

News24.az xəbər verir ki, Las-Veqasda "Weekends With Adele" verilişini davam etdirən 36 yaşlı müğənni nadir su bakteriyasına yoluxduqdan sonra "doğuşdan da pis" ağrılar keçirdiyini deyib.

Adele, "Qulaq infeksiyası var və olduqca qorxulu vəziyyətdəyəm. Daha əvvəl belə bir şey yaşamamışam. Bu, mənim başıma gələn ən ağrılı şeydir" dedi.

"Doğuşdan da betər idi. Nadir bir su bakteriyasıdır. Müalicəsi çox çətindir" deyən ulduz, səhv dərman qəbul etdiyi üçün çətin günlər keçirdiyini bildirib.

"Bir neçə dəfə qulağımı kəsmək istədim" deyən Adele ağrılarının bitdiyini bildirib. Bununla belə, müğənni “Sol qulağım qismən kar qaldı” deyib.

Digər tərəfdən, ulduz yaxın vaxtlarda albom çıxarmağı planlaşdırmadığını söyləyərək, "Yeni mahnılar ərsəyə gətirmək fikrim yoxdur. Bu verilişlərdən sonra uzun müddət fasilə verməyi planlaşdırıram" dedi.

"Mən heç olmasa bir müddət başqa yaradıcılıqla məşğul olmaq istəyirəm", - Adele əlavə edib.


Günel Məlikzadə


Избранный
23
1
news24.az

2Источники