Azərbaycan 4 yunan-Roma güləşçisi bu gün Albaniyanın paytaxtı Tiranada start götürəcək dünya çempionatında mübarizə aparacaq.
“Qafqazinfo” xəbər verir ki, üçqat dünya çempionu Eldəniz Əzizli (55 kq) 1/8 finalda Almaniya təmsilçisi Bayram Sina ilə üz-üzə gələcək.
Nihat Məmmədli (63 kq) təsnifat mərhələsində İldar Hafizovla (ABŞ) güləşəcək. Ülvü Qənizadə (72 kq) 1/8 finalda Otar Abuladze (Gürcüstan) – Dariuş Atilla Vitek (Macarıstan) cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək. Nəhayət, Qurban Qurbanov (82 kq) təsnifat mərhələsində Kevin Kupi (Albaniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 31-də başa çatacaq.