Çinin cənubundakı Quançjou şəhərində uçan avtomobillərin kütləvi istehsalı üzrə dünyada ilk müəssisənin tikintisinə başlanılıb.
Turkustan.az “Sinxua” xəbəragentliyinə istinadən xəbər verir ki, birinci mərhələdə zavod “Land Aircraft Carrier” avtomobili üçün modullar istehsal edəcək. Bu model ilk uçuşunu sentyabr ayında edib. Uçan avtomobilin ilk satışı isə bu ilin sonuna baş tutacaq. Zavodunistehsal gücü ildə 10 min ədəd planlaşdırılır. Uçan avtomobilləri inkişaf etdirən təkcə Çin deyil. 2024-cü ilin martında Hindistanın “ePlan” şirkəti uçan taksinin prototipini sınaqdan keçirmişdi. Şirkətin təsisçisi Satya Çakravartinin sözlərinə görə, prototip şəhər mühitində istifadə oluna bilən yığcam təyyarədir./konkret.az/