RU

Çində uçan avtomobillərin istehsalı üçün zavod tikilir

Çinin avtomobil istehsalçısı "XPeng" ölkənin cənubundakı Quançjou əyalətində uçan avtomobillərin istehsalı üçün zavod tikintisinə başlayıb.

İqtisadiyyat.az bu barədə "Sinxua" agentliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, orada ildə avtomobillər üçün təxminən 10 min uçan modul istehsal olunacaq. Bu, dünyada ilk belə irimiqyaslı istehsala malik zavod olacaq.

Məlumata görə, Çinin Quançjou şəhərinin hakimiyyəti 2027-ci ilə qədər uçan avtomobillər üçün infrastrukturun inkişafına 10 milyard yuan (1,4 milyard dollar) investisiya qoymağı planlaşdırır.

 

Gözəl Həşimova

Избранный
19
iqtisadiyyat.az

1Источники