RU

Təl-Əvivdə yük maşınının avtobus dayanacağına çırpılması nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb - YENİLƏNİB

İsrailin paytaxtı Təl-Əviv şəhərində Qlilot kəsişməsi yaxınlığında yük maşınının avtobus dayanacağına çırpılması nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb.

“Far.Az” xəbər verir ki, bu barədə “Times of Israel” Təl-Əvivdəki tibb mərkəzinin məlumatlarına istinadən məlumat yayıb.

Polis cinayətin motivini hələ də araşdırdıqlarını bildirib.

13:52

İsrailin paytaxtı Təl-Əviv şəhərində yük maşınının avtobus dayanacağına çırpılması nəticəsində onlarla insan yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə İsrailin təcili yardım xidməti məlumat yayıb.

Hadisə Təl-Əvivin şimal ətraflarında, sıx avtomobil yolunun keçdiyi böyük "Cinema City Glilot" kinoteatrının yaxınlığındakı avtobus dayanacağında baş verib. Hazırda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

“Times of Israel” yazır ki, polis “Mossad”ın qərargahı bu ərazidə yerləşdiyi üçün terror aktı ehtimalını istisna etmir. Nəşrin məlumatına görə, 16 nəfər xəsarət alıb.

Избранный
6
16
far.az

10Источники