RU

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 27 oktyabr 2024-cü il tarixində qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib.

Bu barədə DİM-dən bildirilib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda 142 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, 106 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.

İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ vardır. İxtisas imtahanı ildə 2 dəfə keçirilir.

Избранный
2
14
news365.az

10Источники