RU

İsraildə terror aktı - Azı 35 nəfər xəsarət aldı

Təl-Əviv yaxınlığında yük maşınının avtobus dayanacağına çırpılması nəticəsində 35 nəfər xəsarət alıb.   Manset.az xəbər verir ki, bu barədə İsrailin Milli Tibb Xidmətinə istinadən "The Times of Israel" qəzeti məlumat yayıb. Həkimlər yaralıları xəstəxanalara çatdırıblar. Yaralılardan altı nəfərin vəziyyəti ağır, beş nəfərin vəziyyəti orta-ağır, 20 nəfərin vəziyyəti yüngül, dörd nəfərin isə kritik olduğu bildirilir. Medianın məlumatına görə, yaralananların çoxu avtobusdan düşən yaşlı insanlardır.

Qeyd olunur ki, yük maşınının sürücüsü silahlı mülki şəxslər tərəfindən hadisə yerində zərərsizləşdirilib.

Избранный
18
16
manset.az

10Источники