RU

Mətbuat katibindən jurnalistlərə HÖRMƏTSİZLİK: “Zənglərinizə cavab verə bilmirəm” – FOTO

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu jurnalistlərin zənglərinə cavab verməyəcəyini bildirib.

NOCOMMENT.az Manset.az-a istinadən xəbər verir ki, mətbuat katibi bu haqda qurumun media nümayəndələri üçün yaratdığı vatsap qrupunda qeyd edib:

“Əziz həmkarlar, bir daha xatırladım ki, suallarınızı sizə təqdim etdiyimiz nömrəyə yönləndirməyə məqsədəuyğundur. Mənə zəng edirsiz, obyektiv səbəbdən cavab verə bilmirəm”.

Ceyhun Musaoğlu jurnalistlərə bunun əvəzində 055-253-25-55 mobil nömrəsi ilə əlaqə saxlamağı bildirib.

Mətbuat katibinin bu addımı jurnalistlərin qınağına və gülüşünə səbəb olub. Mediaya cavabdeh rəsmi şəxsin, mətbuat katibinin bu addımı birmənalı qarşılanmayıb.

 

 

Избранный
3
3
nocomment.az

4Источники