RU

Ramiz Mehdiyev bu vəzifəsini də itirdi

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib.

Avtosfer.az-ın Modern.az-a istinadən məlumatına görə, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini Ramiz Mehdiyev olub.

Beləliklə, Ramiz Mehdiyevin tutduğu vəzifə ləğv edilib.

O, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibində sadəcə adi üzv olub.

Qeyd edək ki, Ramiz Mehdiyev 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. O, 2019-cu ildə vəzifəsindən azad edilib. Mehdiyev daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini tutub.

Избранный
4
34
avtosfer.az

10Источники