RU

Ermənistan parlamentinə hücumdan 25 il ötdü

Bu gün Ermənistan parlamentində teraktın törədilməsindən 25 il keçir.

Axar.az xəbər verir ki, 1999-cu ilin oktyabrın 27-də Nairi Unanyan, Karen Unanyan, Eduard Qriqoryan, Vram Qalstyan və Derenik Becanyan Ermənistan parlamentinə silahlı hücum ediblər.

Hücum nəticəsində Ermənistanın o vaxtkı baş naziri Vazgen Sərkisyan, parlamentin spikeri Karen Dəmirçiyan, vitse-spikerlər Yuri Baxşiyan və Ruben Miroyan, operativ məsələlər naziri Leonard Petrosyan, deputatlar Armen Armenakyan, Mikael Kotanyan və Herik Abramyan qətlə yetiriliblər.

Məhkəmənin hökmü ilə 6 nəfər ömürlük, bir nəfər isə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Nairi Unanyan, qardaşı Karen Unanyan, Vram Qalstyan, Derenik Becanyan, Eduard Qriqoryan və Aşot Knyazyan ömürlük həbs cəzasına məhkum olunublar. Hamlet Stepanyan isə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Vram Qalstyan 2004-cü ilin aprelin 27-də cəzasını çəkdiyi həbsxanada intihar edib.

Hamlet Stepanyan 2020-cu ilin mayında ürək tutmasından ölüb.

Eduard Qriqoryan isə 2027-ci ilin noyabrında “Erebuni” tibb müəssisəsində ölüb.

Избранный
3
50
axar.az

10Источники