RU

Ziya Məmmədov bağ evini satışa çıxardı: qiyməti... - FOTO

Qubada yerləşən, sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən 15 hektarlıq bağ evi satışa çıxarılıb. Pravda.az xəbər verir ki, etibarlı mənbənin Ajans.az-a verdiyi xəbərə görə, bağ evində yaşayış sahəsinin ərazisi 3000 kv metr-dən artıqdır.

 

İlkin mərhələdə məşhur iş adamlarından biri bağ evini almağa razılıq versə də, daha sonra razılaşma həllini tapmayıb. Satış qiyməti barədə məlumat verilməyib. Bağ evi Qubanın səfalı yerindədir. Sözügedən evdə xidmət göstərmək mümkünsüz olduğundan satışa çıxarılıb. Ev sahibsiz və baxımsız vəziyyətdə qalıb.

 

Ərazinin genişliyi (15 hektar), xüsusi dizaynı, infrastrukturu, memarlıq üslubu kimi faktorlar onun qiymətinə təsir edir. Quba kimi bölgələrdə yerləşən belə mülklərin qiyməti 5 milyon manatdan başlayaraq daha yüksək məbləğlərə qədər çıxa bilər.

 

Məlumata görə, Ziya Məmmədovun Bakıda Şüvəlanda hektarlarla ərazisi olan bağ evi də baxımsız vəziyyətə düşür. Ziya Məmmədovun oğlu Anar Məmmədov Londonda yaşayır. Qızı isə keçmiş hərbi komissar Əliağa Hüseynovun oğlu ilə ailə həyatı qurub.

 

Qeyd edək ki, Ziya Məmmədov Bakıda "Milyonerlər məhəlləsi" kimi tanınan Teymur Əliyev küçəsində yaşadığı malikanənin ərazisi 50 sota yaxındır.

 

Tarix: 27 Oktyabr 2024, 09:34   
Избранный
9
14
pravda.az

10Источники