RU

İsrail hərbçiləri İordaniyanın qərb sahilində reyd keçirdi

İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilində reyd keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.

Agentliyin verdiyi xəbərə görə, Qalkilyə şəhəri basqın edilib. İsrail ordusunun cənubdan şəhərə daxil olduğu və Nazzal bölgəsində mövqe tutduğu bildirilib. Sakinlərin ətrafa snayperlər yerləşdirərək evlərə və mağazalara basqın etdiyi qeyd olunub.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından silahlı Həmas radikallarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona, habelə Livan və Suriyanın müəyyən bölgələrinə qarşı qisas tədbirlərinə başlayıb. Bunun ardınca İordan çayının qərb sahilində də toqquşmalar baş verməkdədir


Müəllif: Teleqraf.com
Избранный
7
1
teleqraf.com

2Источники