RU

Liqa 1: “Brest” və “Lill”dən səfər qələbəsi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Anje” – “Sent Etyen” matçında meydan sahibləri qələbə qazanıblar.

Üç qolun vurulduğu “Reyms” – “Brest” matçı qonaqların xeyrinə yekunlaşıb.

Səfərdə “Lans”la qarşılaşan “Lill” də inamlı qələbəyə sevinib.

9-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
9-cu tur
25 oktyabr

Renn – Havr 1:0
Qol: A.Qomes, 54.

26 oktyabr

Anje – Sent Etyen 4:2
Qollar: Abdelli, 7. Aholu, 39. Niane, 69-pen. Dienq, 90+3 – Davitaşvili, 16-pen; 57.

Reyms – Brest 1:2
Qollar: Okumu, 29 – Fevr, 4-pen. Balde, 18.

Lans – Lill 0:2
Qollar: David, 90+8. Bayo, 90+11.

27 oktyabr

18:00. Olimpik (Lion) – Oser
20:00. Monpelye – Tuluza
20:00. Nitsa – Monako
20:00. Strasburq – Nant
23:45. Olimpik (Marsel) – PSJ

Избранный
33
arena.az

1Источники